PSJ-nin prezidenti Nasser Əl-Xələfi komanda üzvlərindən kiminsə “qızıl top”u qazanmaq şanslarından danışıb. Keçən il bu mükafatı Paris klubunun hücumçusu Osman Dembele qazanıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbəri bunu söyləyib:
“Növbəti “qızıl top”un sahibi? Hamısı UEFA Çempionlar Liqasını və dünya çempionatını kimin qazanacağından asılı olacaq.
Amma mükafat üçün mübarizə apara biləcək 4-5 oyunçumuz var. Düşünürəm ki, bu, PSJ oyunçusu olacaq, ehtimalı 60-70 faiz qiymətləndirirəm”.
Fransa klubu cari mövsümdə Çempionlar Liqasının yarımfinalına yüksəlib və orada “Bayern”lə qarşılaşacaq.

