Klubun sahibi dəyişilməlidir - Gündə bir baş məşqçi QOVURLAR

18:20 İngiltərə 88
Klubun sahibi dəyişilməlidir - Gündə bir baş məşqçi QOVURLAR

“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager “Çelsi”də baş verən son hadisələrə kəskin reaksiya verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandanın baş məşqçisi Liam Rosenyorun istefası fonunda rəhbərliyi ciddi şəkildə tənqid edib:

“Son dörd ildə beşinci məşqçinin göndərilməsi klubun yalnız baş məşqçiyə deyil, həm də yeni sahiblərə ehtiyacı olduğunu göstərir.

Hazırkı dövr tam uğursuzluqdur. Bu, formanın məzmundan üstün tutulmasının bariz nümunəsidir.

Rosenyorun təyinatı və onun qaçılmaz uğursuzluğu idarəetmənin nə qədər qeyri-effektiv olduğunu göstərir”.

Karrager 2022-ci ildən bəri böyük məbləğdə investisiyalara baxmayaraq, nəticələrin zəif olmasının rəhbərliyin yanlış qərarlarının sonucu olduğunu vurğulayıb.

Onun sözlərinə görə, klub rəhbərliyi özünü futbolda hamıdan ağıllı hesab edərək, oyunçuları və məşqçiləri sadəcə fiqur kimi görür.

Karrager əlavə edib ki, Roman Abramoviç (“Çelsi”nin keçmiş prezidenti) dövründən fərqli idarəetmə modeli qurmaq istəyən yeni sahiblər buna nail olsalar da, nəticədə, “Çelsi”ni daha az uğurlu, daha az qorxulu və daha az nüfuzlu kluba çeviriblər.

“Çelsi” ötən günlərdə baş məşqçi Liam Rosenyorla yollarını ayırdığını elan etmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti