"Neftçi"nin sabiq kapitanı Voyislav Stankoviç sportal.az-a açıqlama verib.
Sportinfo.az xəbər verir ki, o, "ağ-qaralar”ın baş məşqçi postundakı dəyişikliklə bağlı danışıb.
Stankoviçin fikrincə Yuri Vernidubun təyinatından bəhs edib:
"Neftçi"yə yeni baş məşqçi gəlməsindən xəbərdaram. Yuri Vernidub yaxşı, təcrübəli məşqçidir.
Görək də necə olacaq, vəziyyəti dəyişə biləcək, ya yox zaman göstərəcək. Əvvəllər də demişəm, bəzi futbolçuların "Neftçi"də necə gəldiyini başa düşə bilmirəm.
Yuri Verniduba "Neftçi"də uğurlar arzulayıram. Gördüm ki, mənimlə birlikdə "Qəbələ"də oynamış, Yurinin oğlu Vitali də orada işləyəcək.
O, yaxşı futbolçu idi, yaxşı insandır. Ona da uğurlar arzulayıram ki, işləri uğurlar alınsın. Bu heyətlə vəziyyəti dəyişə biləcəklər, ya yox onu da zaman göstərəcək".
"Ağ-qaralar"ın keçmiş kapitanı komandanın ölkə kubokunun 1/8 final mərhələsində "Zirə"yə uduzaraq turnirdən kənarda qalmasına da münasibət bildirib:
"Bəli, oyunu izləyirdim. "Neftçi" ölkə kubokunda əlavə vaxtda "Zirə"yə uduzdu.
Təbii ki, bu, klub üçün pis nəticədir. Görünən budur ki, heyətdə yaxşı dəyişikliklər lazımdır və belədə nəyəsə ümid etmək olar.
Ümidvaram ki, "Neftçi"də hər şey yaxşı olacaq. Amma bu futbolçularla güclü və yaxşı komanda kimi olmaq çətindir.
Yuri Vernidub və komandasına ən yaxşı nəticələri arzulayıram".

