
“Nyukasl” üzərində qələbədən (2:1) sonra “Milan”ın vingeri Kristian Pulişiç komandasının Çempionlar Liqasını tərk etməsinə münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, ABŞ-lı futbolçu qarışıq hisslər keçirdiyini bildirib:
“Qarışıq hisslər keçirirəm. Nəticədən və ikinci hissədəki çıxışdan razıyıq. “Borussiya”nı (Dortmund) məğlub etməli idik. Təəssüf ki, alınmadı”.
Milan klubu 6 oyundan sonra F qrupunda sonuncu yeri tutub.