"Qarabağ" AFFA-ın dəvətini geri çevirdi - GƏLMƏDİLƏR

1 Yanvar 2023 09:40 Qarabağ 1 542
"Qarabağ" AFFA-ın dəvətini geri çevirdi - GƏLMƏDİLƏR

AFFA-nın təsis olunmasının 30 illiyi, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın kollektivi, assosiasiyanın birbaşa və dolayı üzvlərinin təmsilçiləri, futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mediaya qapalı təşkil olunan törənə Premyer Liqa və I Divizion klublarının rəhbər şəxsləri, o cümlədən, məşqçiləri dəvət alıb.

Onlardan yalnız «Qarabağ» bu dəvəti geri çevirib. Ağdam təmsilçisinin heç bir nümayəndəsi tədbirə qatılmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti