Füzulidən olan şəhid ailəsi: “Qurd kapitan”ın qanı yerdə qalmadı - VİDEO

24 Oktyabr 2020 18:41 Bizimkilər 504
Füzulidən olan şəhid ailəsi: “Qurd kapitan”ın qanı yerdə qalmadı - VİDEO

Torpaqlarımız qarış qarış düşmən tapdağından azad olunur. Hərbçilərimizlə qürur hissi keçirən ailələrdən biri də 1992-ci ildə Füzulinin Qaradağlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olan Milli Qəhrəman Faiq Rəfiyevin ailəsidi.

Sportinfo.az xəbər verir ki, şəhidin qardaşı Sabit Rəfiyev qardaşının qanının yerdə qalmadığını deyir.

Milli Qəhrəmanın bacısı Mehparə Əliyeva isə deyir ki, tezliklə torpaqlarımız azad olunacaq və mən qələbə günü boynumdakı qara yaylığı çıxarıb atacam.

Faiq Rəfiyevə 1992-ci ildə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Lökbatan qəsəbəsindəki 166 saylı tam orta məktəb milli qəhrəmanımızın adını daşıyır.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”