Azərbaycanlı hücumçu 1 aydan sonra geri qayıtdı

22 Noyabr 2024 17:00 Bizimkilər 1 047
Azərbaycanlı hücumçu 1 aydan sonra geri qayıtdı

"Ankaragücü"də çıxış edən Azərbaycan millisinin hücumçusu Renat Dadaşov məşqlərə başlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Dadaşov oktyabrın 21-də qasıq nahiyəsindən əməliyyat olunmuşdu.

Bir aydır komandadan kənarda qalan hücumçu ötən gündən kollektivlə məşqlərə qoşulub.

"Ankaragücü" 1-ci liqanın 13-cü turunda sabah səfərdə "Gənclərbirliyi" ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...