COP29

Şahruddin "Adana Demirspor"da ilk dəfə "1 nömrə" oldu, məyus ayrıldı - VİDEO

3 Dekabr 2023 00:30 Bizimkilər 1 862
Şahruddin "Adana Demirspor"da ilk dəfə "1 nömrə" oldu, məyus ayrıldı - VİDEO

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev formasını geyindiyi "Adana Demirspor"la ilk dəfə Türkiyə Superliqası matçında əsas heyətdə yer alıb.

Sportinfo.az xəbər verir ki, o, 14-cü turda autsayder "Samsumspor"a qarşı ev oyununda ilk 11-likdə meydana çıxıb və sonadək oynayıb.

Görüş qonaq komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Adana Demirspor" 23 xalla 4-cü pillədə qərarlaşıb. "Samsunspor" isə 20 komanda arasında 11 xalla 19-cu pillədən 18-ci pilləyə yüksəlib.

"Adana Demirspor" - "Samsunspor" 2:3
Qollar:
Nianq, 27-pen. (1:0), Ntçam, 35-pen. (1:1), Holse, 45+5 (1:2), Mouandilmadji, 64 (1:3), Barasi, 70 (2:3)

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"