Azərbaycanlı futbolçu: "Heç kim mənim rekordumu yeniləməyi Ronaldo qədər haqq etmir"

20 Yanvar 2021 17:00 Bizimkilər 3 131
Azərbaycanlı futbolçu: "Heç kim mənim rekordumu yeniləməyi Ronaldo qədər haqq etmir"

İran millisinin heyətində 149 oyunda 109 dəfə fərqlənərək yığmada ən çox qol vuran futbolçu ünvanının sahibi Əli Daei portuqaliyalı hücumçu Kriştianu Ronaldonu bu göstəricini yeniləməyə ən layiqli namizəd hesab edir.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan əsilli forvard "Kicker" nəşrinə müsahibəsində deyib.

Veteran hücumçu bildirib ki, hazırda İtaliya "Yuventus"unda çıxış edən Ronaldu dünyanın ən yaxşı futbolçusudur: "Heç kim mənim rekordumu yeniləməyi onun qədər haqq etmir.

Şübhəsiz, Ronaldo bütün zamanların ən yaxşısıdır. Fikrimcə, mükafat çox çalışan və qətiyyətli olanlar üçündür. Ona görə də bu, Kriştianu üçün layiqli mükafat olacaq".

Kriştianu Ronaldo milli səviyyəsində 170 oyunda 102 qol vurub. O, DÇ-2022-nin seçmə mərhələsində fərqlənməklə Əli Daeinin rekordunu yeniləyə bilər.

Portuqaliya millisi seçmə mərhələdə Azərbaycan, Serbiya, İrlandiya, Lüksemburq və Qətərlə birlikdə A qrupunda mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti