"Sabah" vahid lider oldu, "Sumqayıt"ın şansı qalmadı

13 Aprel 02:30 Basketbol 570
"Sabah" vahid lider oldu, "Sumqayıt"ın şansı qalmadı

Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 17-ci turunun üçüncü oyunu baş tutub.

Sportinfo.az xəbər verir ki, pley-off uğrunda mübarizə aparan "Sumqayıt" çempionatın liderlərindən sayılan "Sabah" ilə qarşılaşıb.

Oyun "Sabah" ın 93-73 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbədən sonra "Sabah" turnir cədvəlində vahid lider olub. Məğlub olmuş "Sumqayıt" pley-off şanslarını itirib və "Sərhədçi" klublunun pley-offa vəsiqə qazanması rəsmiləşib.

Ən məhsuldar basketbolçular: "Sumqayıt" (Lenard Dikson - 28 xal, 7 ribaund), "Sabah" (Dezmond Kembric - 23 xal, 8 ribaund)

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU