Azərbaycan millisinin Avropa Superfinalındakı rəqibləri

12 Avqust 2025 04:40 Azərbaycan Futbolu 560
Azərbaycan millisinin Avropa Superfinalındakı rəqibləri

Azərbaycanın çimərlik futbolu millisinin Avropa Superfinalının B divizionundakı rəqibləri və yer aldığı qrup müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda A qrupunda Litva və Belçika yığmaları ilə mübarizə aparacaq.

B qrupunda isə Qazaxıstan, Rumıniya və Malta milliləri yer alıb. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar.

Finala çıxan komandalar isə A divizionunda iştirak hüququ əldə edəcəklər.

Avropa Superfinalı sentyabrın 7-14-ü aralığında İtaliyada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”