Azərbaycan klubunu ölkəyə biabır edən problemin BÜTÜN DETALLARI

11 Avqust 2025 22:40 Azərbaycan Futbolu 1 879
Azərbaycan klubunu ölkəyə biabır edən problemin BÜTÜN DETALLARI

"İmişli” klubuna ev oyunlarını Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirməyə icazə verilmədi.

Peşəkar Futbol Liqası mövsümün startına bir həftə qalmış bu barədə məlumat yaydı.

Qeyd edilib ki, “İmişli” klubu Quba OİK stadionunda aparılmış təftişin nəticələri zamanı üzə çıxmış çatışmazlıqları vaxtında aradan qaldırmadığı üçün AFFA və PFL-in müdaxiləsindən sonra klub cari mövsümdə ilk iki ev oyununu Şamaxı şəhər stadionunda keçirəcək.

Əldə etdiyimiz məlumata görə, qeydə alınan çatışmazlıqlar qısa müddətdə aradan qaldırıla bilərmiş.

Söhbət mətbuat konfransı, dopinq yoxlaması aparılması üçün otaqların qurulmasından, çəkiliş üçün lazım olan şəraitin yaradılmasından gedir.

Bunlardan başqa bir sıra xırda nöqsanların həllinə nə böyük zaman, nə də böyük məbləğdə xərc lazım imiş.

Söhbət maksimum 100 min manatdan gedir.

Amma klub rəhbərliyi edilən xəbərdarlığa rəğmən heç bir addım atmayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!