Azərbaycan əlverişli imkan qazandı - İki klubdan asılıdır

Azərbaycan əlverişli imkan qazandı - İki klubdan asılıdır

Azərbaycan UEFA-nın reytinq cədvəlində mövqeyini daha da möhkəmləndirib.

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyada "Şkendiya" üzərində qazandığı 1:0 hesablı qələbədən sonra ölkə aktivinə daha 0,250 xal gəlib.

Nəticədə ümumi xal sayı 19.000-a çatıb.

Belə bir nəticədən sonra Azərbaycan yenə 28-ci pillədə qalsa da, tezliklə irəliləmək üçün əlverişli imkan qazanıb.

Bu, avqustun 7-də "Araz-Naxçıvan"ın Kipr "Omoniya"sına qarşı evdə, "Sabah"ın isə Bolqarıstan "Levski"sinə qarşı səfərdə keçirəcəyi Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunlarındakı nəticələrindən asılı olacaq.

Hazırkı mərhələdə qələbəyə 0,250 xal, heç-heçə 0,125 xal verilir.

27-ci yerdə gedən Ukraynanın 19.225 xalı, 26-cı pilləni tutan Sloveniyanın 19, 593 xalı var. Ukrayna təmsilçisi "Dinamo Kiyev" avqustun 5-də Çempionlar Liqası matçında qəbul etdiyi Kipr "Pafos"una uduzub - 0:1.

Digər Xəbərlər
Xəbər Lenti