
Yaxın vaxtlarda AFFA İcraiyyə Komitəsinin (İK) iclası keçiriləcək.
Bu barədə qurumdan redaksiyamıza məlumat daxil olub.
Saytımıza verilən xəbərə görə, ali qərarverci orqan bir neçə vacib məsələ ilə bağlı toplaşacaq.
Bura Premyer Liqanın reqlamenti, iştirakçılara ayrılacaq maliyyə yardımının müəyyənləşdirilməsi, I Liqanın legioner limiti və s. mövzular daxildir. Həmçinin II Liqa üçün nəzərdə tutulan dotasiya və çempionatın tərkibi ilə əlaqəli suallara burada aydınlıq gətiriləcək.
Güdəlikdə başqa məsələlər də yer alacaq. Federasiyada aparılan struktur islahatlarından irəli gələn yeni təyinatlar və millini AVRO-2026-nın seçmə mərhələsində gözləyən perspektiv masaya yatırılacaq.
SPORTİNFO.AZ