Bunu birinci “Neftçi” bacarıb - Yaddan çıxarmayın!

2 Avqust 01:50 Azərbaycan Futbolu 1 108
Bunu birinci “Neftçi” bacarıb - Yaddan çıxarmayın!

Azərbaycan klublarının avrokuboklardakı qələbə sayı 150-yə çatıb.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, yubiley qalibiyyəti Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən “Qarabağ” - “Şelburn” oyununa təsadüf edib.

Ağdam təmsilçisi İrlandiya klubuna 1:0 hesabı ilə qalib gəlib. 150-ci qələbə qitə səhnəsindəki 477-ci matça təsadüf edib.

Təmsilçilərimiz Çempionlar Liqasında 38, Avropa Liqasında (əvvəl UEFA kuboku) 82, Konfrans Liqasında 21, İntertoto kubokunda 9 dəfə azarkeşlərini sevindirib. Qələbələrdən 87-si evdə, 63-ü səfərdə əldə olunub.

Komandalarımızın ilk qələbəsi 1996-cı il iyulun 17-nə təsadüf edib. Həmin gün “Neftçi” Sofiya “Lokomotiv”ini Bakıda 2:1 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu