“Xocalı”nın titul sponsoru “İzo Fasad” oldu - FOTOLAR

30 İyul 2025 01:10 Azərbaycan Futbolu 1 068
“Xocalı”nın titul sponsoru “İzo Fasad” oldu - FOTOLAR

İzo Fasad” MMC şirkəti Xocalı Futbol Klubunun titul sponsoru olub.

Sportinfo.az xəbər verir ki, bununla bağlı tərəflər arasında müqavilə imzalanıb.

Birillik müqaviləyə əsasən şirkətin loqosu oyun formalarının üzərində əks olunacaq. Həmçinin “İzo Fasad” MMC-nin reklamları klubun sosial şəbəkə hesablarında yerləşdiriləcək.

Ev oyunları zamanı 15 liqasında iştirak üçün şirkətin bannerlərindən istifadə olunacaq.

Xocalı Futbol Klubunun prezidenti və təsisçisi İlkin Hacıyev “İzo Fasad” şirkətinin rəhbəri Sahib Hüseynova minnətdarlığını bildirib.

O, şirkətin kluba böyük dəstək verdiyini vurğulayıb: “Bu, klubun inkişafı üçün ilk addımdır. İnanıram ki, gələcəkdə “İzo Fasad”la daha böyük əməkdaşlıqlara imza atacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”