Klublar narazılıq etdi, AFFA geri addım atmalı oldu

Klublar narazılıq etdi, AFFA geri addım atmalı oldu

Xəbər verdiyimiz kimi, AFFA yeni mövsüm "Karvan" və "İmişli"yə Əvəzedici Liqaya komanda buraxmamaqla bağlı güzəşt etməyə hazırlaşırdı. Yaxın günlərdə keçiriləcək İcraiyyə Komitəsinin növbəti iclasında qərar rəsmi olaraq elan ediləcəkdi.

İlk gündən bu cür yanaşmanın yanlış olduğunu bildirmişik. Dəfələrlə yersiz güzəşt olmasını tənqid etmişik.

Çünki ötən mövsüm "Şamaxı" rəhbərliyi də oxşar güzəşt üçün federasiyaya üz tutmuş, amma müsbət cavab ala bilməmişdi.

Belədə Yevlax və İmişli təmsilçilərinə güzəşt edilməsi ən başda "Şamaxı" rəhbərliyinə hörmətsizlik və haqsızlıq kimi qəbul ediləcəkdi.

Futbolumuza cavabdeh qurum artıq qərarı vermədən narazılıqların sədasını eşidib.

Məsələn, "Qəbələ" tərəfin haqlı olaraq etiraz edib ki, əgər adıçəkilən iki kluba güzəşt edilirsə, bizə də edilsin.

Bu barədə klubdan bilgi əldə etmişik.

Sabah eyni tələblə "Şamaxı" da AFFA-nın qapısını döyə bilər.

Bunun fərqinə varan federasiya rəhbərliyi heç kimə güzəşt etməməyi götür-qoy edir.

Son anda yenidən fikir dəyişməsə, yeni mövsüm üçün "Karvan" və "İmişli" də Əvəzedici komandanı formalaşdırmalı olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti