
İkinci Liqa klublarında maliyyə böhranının yaşanması heç kimə sirr deyil.
Komandalar AFFA-nın ayırdığı 50 min manatla ayaqda qalmaqda çətinlik yaşayır.
Təəssüf ki, yerli iş adamları da belə məqamda sinəsini qabağa vermir.
Nəticədə rayon komandaları bəzən hətta liqadan çəkilmək barədə düşünür.
Məsələn, "Ağdaş" kollektivi kimi. Son günlər aran təmsilçisinin yeni mövsüm fəaliyyət göstərib-göstərməyəcəyi ciddi müzakirə olunur.
Amma saytımıza açıqlama verən bölgə klubunun direktoru Vüsal Davudov yerli azarkeşlərin narahatlığına son verib:
"Düzdür, məlum səbəblərdən komandanın maliyyə sıxıntısı var. Ancaq buna baxmayaraq yerli iş adamları az da olsa dəstək olacaqlar. AFFA-dan ödənilən vəsaitin hesabına bu mövsüm ikinci liqada iştirak edəcəyik. Artıq heyətimizdə demək olar hazırdır".
XANOĞLAN / SPORTİNFO.AZ