Gözlədiyimiz nə idi, gördüyümüz nə oldu? - VİDEO

25 İyul 14:00 Azərbaycan Futbolu 820
Gözlədiyimiz nə idi, gördüyümüz nə oldu? - VİDEO

“İki fərqli hissə izlədik.

İlk hissədə daha çox meydanın özünə aid hissəsində qərarlaşan “Araz Naxçıvan”, fasilədən sonra isə rəqibə aid hissədə tətbiq edilən basqı ilə “Aris”ə çətinliklər yaşadan komanda var idi.

Xüsusilə Simakalanın toplu və topsuz oyunlarda iştirakı, Çarles Bolinin Patrik Andrade ilə mükəmməl tandemi sürətli ötürmələr fonunda möhtəşəm idi.

Ümid edirik ki, cavab matçında Hamidu Keytanın son dəqiqədə qaçırdığı qolu axtarmarıq.

“Sabah” isə çətin olsa da, “Petrokub”a qalib gələrək, demək olar ki, növbəti mərhələni təmin etmiş oldu”.

Bu açıqlama “Sportinfo TV”də yayımlanan “Avropa həftəsi” verilişində səsləndirilib.

Tanınmış jurnalist Elçin Cəfərovun və sabiq futbolçu Amit Quluzadənin təqdimatında yayımlanan verilişdə Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Araz Naxçıvan” – “Aris” və “Petrokub” – “Sabah” matçları barədə fikirlər səsləndirilib, komandalarımızın növbəti tur şansları dəyərləndirilib.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!