
Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.
Sportinfo.az xəbər verir ki, bu həftə ölkə reytinqinə 0,875 əmsal əlavə olunub.
Bu, Azərbaycan klublarının avrokuboklarda göstərdiyi nəticələrdən sonra reallaşıb.
Hazırda Azərbaycan 18,125 əmsalla 29-cu pillədədir. 28-ci pillədə Rusiya (18,299), 30-cu sırada isə Bolqarıstan (16,875) qərarlaşıb.
UEFA reytinqinə İngiltərə (94,839) başçılıq edir.
"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyada Şelburn"u (3:0) məğlub edib.
Konfrans Liqasının II təsnifat mərhələsində isə "Sabah" Moldovada "Petrokub"a (2:0) "Araz-Naxçıvan" isə Bakıda "Aris"ə (2:1) qalib gəlib.
Bu turnirdəki üçüncü təmsilçimiz "Zirə" evdə "Hayduk"un (Xorvatiya) müqavimətini qıra bilməyib - 1:1.