UEFA reytinqində hansı ölkələrdən geri qalırıq?

19 İyul 02:30 Azərbaycan Futbolu 82
UEFA reytinqində hansı ölkələrdən geri qalırıq?

Azərbaycan 2025/26 mövsümü UEFA reytinqinə ilk xallarını qazanıb.

Sportinfo.az xəbər verir ki, bu, Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Çelye” (Sloveniya) - “Sabah” (Azərbaycan) oyunundan sonra (3:3, ilk matç 2:3) sonda mümkün olub.

Reytinqə 0,125 xal əlavə olunub. Hazırda 29-cu olan Azərbaycanın xal ehtiyatı 17,250 təşkil edir.

Ölkəmizdən bir pillə öndə - 28-ci pillədəki Ukraynanın 17,975, bir pillə sonra - 30-cu yerdə qərarlaşan Bolqarıstanın 16,500 xalı var.

“Sabah” Avroliqada mübarizəni başa vurduğu üçün Konfrans Liqasında yarışacaq. Gələn həftə Azərbaycanın daha 3 klubu - “Qarabağ” (Çempionlar Liqası), “Zirə” və “Araz Naxçıvan” da (Konfrans Liqası) avrokuboklara start verir.

Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 23:20 Portuqaliya klubuna getdi
19 İyul 18:10 Çək və bizə göndər!
19 İyul 16:20 "İmişli" budur - 2:1!
19 İyul 03:40 O da evləndi - FOTOLAR