Futbol Akademiyası 1- yaşını qeyd edib ictimaiyyətə hesabat verdi.

29 May 23:50 Azərbaycan Futbolu 272
Futbol Akademiyası 1- yaşını qeyd edib ictimaiyyətə hesabat verdi.

Şimalın ilk akademiyası kimi qeydiyyatdan keçən “Xudat CİTY” FA-bu gün bir yaşını qeyd edir.

Bu barədə akademiya paylaşım edib:

"2024-cü ilin may ayının 29-da fəaliyyətə başlayan akademiyanın hal-hazırda 200 -ə yaxın futbolçusu və 10 nəfər məşqçisi var. Akademiyanın Prezidenti və təsisçisi Rafael Axverdiyevdir.

Akademiya bir il ərzində aktiv fəaliyyəti ilə yaddaşlarda qala bilib.

İlk öncə idman, futbol fəaliyyəti olan həvəskarlar akademiyaya cəlb edildi və AFFA-nın təşkil etdiyi seminar, kurslarda iştirak edib, lisenziya qazanıb futbol fəaliyyətinə, məşqlərinə start verdilər.

2024- cü ilin senytabr ayından etibarən isə U-12,13,14 yaş qrupları üzrə uşaqlar AFFA-nın təşkilatçılığı ilə keçirilən liga oyunlarına, yarışlarına qatıldılar. Uğur və qələbələri sadalamaqnan bitirmək olmaz.

İlk günlərdən İspanıyanın Antiguoko futbol akademiyasının Azərbaycan nümayəndəliyi ilə müqavilələr bağlandı və qarşılıqlı təlim-məşqlər keçirildi. Bu işdə bizə köməkliyini göstərdiyinə görə Zamin Əsədullayeva təşəkkürümüzü bildiririk.

Akademiya fəaliyyəti dövründə "Qarabağ" , Ulduzlar və s kimi bir çox akademiya və klubları dəvət edib uşaq seçimlərini həyata keçirtdi. Bir nəfər qapçımız Amid isə hal-hazırda "Sumqayıt"da təlim-məşqlərini davam etdirir və milli üçün seçimlərdə iştirak etməyi planlaşdırılır.

Akademiyanın inkişafında hər zaman bizə mənəvi dəstək olan Xaçmaz rayon İH-nin başçısı Elnur Rzayev, Millət vəkilimiz Sevil Mikayılovaya, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi Xaçmaz sektorunun rəisi Elman Məmmədova, Xudat şəhər Bələdiyyəsinədə təşəkkürümüzü bildiririk!

İlk gündən bir çox KİV nümayəndələri də akademiyanın fəaliyyətini yaxından izləmişlər və müxtəlif televiziya, sayt blog hesablarda paylaşımlar etmişdilər.

İlk yaşımızda bu insanlarıda qeyd etməyi özümüzə borc bilirik.

Digər təşəkkürümüz isə stadion təmirinə və ləvazimat -avadanlıq almağımıza görə bizə dəstək verən Həyat İnşaat, Kristal, Məkan İM, Qala restoran və bir neçə nəfər Xudat sakininə minətdarlığımızı bildiririk.

Əlbəttə, bu sadaladığımız gördüyümüz işlərin bir hissəsidir. Son aylarda Qusarın Mucuq oba kəndində standartlara cavab verən Region Ligası oyunlarının keçirilməyi üçün stadionu təmir edib futbolçuların istifadəsinə verdik .Digər uğurumuz isə Köhnə Xudat kəndində futbolçularımız üçün Mini stadionun tikilib istifadəyə verilməsi oldu .Amma işlər hələ bununla bitmir. Akademiya üçün 10 illik strateji plana uyğun olaraq kompleks işlərin görülməsi nəzərdə tutulub.

Akademiyamız Xudatın tarixində ilk dəfə qatıldığı Region Ligasında 8/1 mərhələsinə kimi adlamağı bacardı. Buna səbəb kimi isə region komandamıza UEFA-nın pro kategoriyalı, Azərbaycanın əməkdar məşqçisi Bəhmən Həsənovun komandaya təyin edilməsi oldu".

"Sportinfo.az" olaraq biz də “Xudat CİTY” Futbol Akademiyasını təbrik edir,onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edirik.

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!