
Azərbaycan kubokunda 2024/25 mövsümünün final oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, həlledici matçda "Qarabağ" və "Sabah" üz-üzə gəlib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılacaq görüşü İnqilab Məmmədov idarə edib. Qarşılaşma Masazır təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da "Sabah" klub tarixində ilk dəfə Azərbaycan kubokunun qalibi olub.
"Qarabağ" tarixində 8 dəfə Azərbaycan kubokunu qazanıb.
“Qarabağ” – “Sabah” 2:3
Qollar: Kadi Borges 45+2, Con İrasabal, 68 (avtoqol) - Pavol Safranko 35(p), Kahim Parris, 90+7, Tellur Mütəllimov, 120