Millimiz Bakıda Litvaya biabırçı hesabla uduzdu!

30 May 21:00 Azərbaycan Futbolu 179
Millimiz Bakıda Litvaya biabırçı hesabla uduzdu!

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında sonuncu oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz Litva yığmasını qəbul edib.

Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edib. Matç yığmamızın 0:5 hesablı məğlubiyyəti ilə başa çatıb.

Bununla millimiz qrup mərhələsini 5 xalla yekunlaşdırıb.

Azərbaycan millisi daha əvvəl qrupda Monteneqro ilə 2 dəfə heç heçə edib (0:0, 1:1), 1 dəfə isə Litvaya qalib gəlib (2:0).

Azərbaycan (Qadınlar) – Litva (Qadınlar) - 0:5

Hakimlər: Sapir Gaya Berman, May Moalem, Nofar Chava Skorka, Shada Dahamshi (İsrail)

Bayıl stadionu

Xallar: Monteneqro - 5 (3 oyun), Azərbaycan - 5 (4 oyun), Litva - 3 (3 oyun).

Digər Xəbərlər
Xəbər Lenti
31 May 03:00 Evləndilər - VİDEO