“Məni 5 nəfər izləyirdi və onlardan dördünün razılığı ilə...”

29 May 20:40 Azərbaycan Futbolu 286
“Məni 5 nəfər izləyirdi və onlardan dördünün razılığı ilə...”

“Əsas və aşağı yaş qrupları üzrə komandalarda fərq böyükdür”.

Bu sözləri QOLAT Sport Service & Football Agency” tərəfindən “Futbol Konfransı Bakı” adlı beynəlxalq futbol konfransında iştirak edən Azərbaycan millisinin sabiq hücumçusu Vaqif Cavadov deyib.

O bildirib ki, əsas komandaya futbolçu seçimi təkcə məşqçinin istəyindən asılı olmur:

"Əvəzedici heyəti özüm formalaşdıra bilirdimsə, əsas komandada bu, bir az fərqli olur.

"Tvente"yə keçidim barədə danışmaq istəyirəm. Məni 5 nəfər izləyirdi və onlardan dördünün razılığı ilə Niderlanda yollandım.

Əlbəttə ki, qısa zaman ərzində komandaya uyğunlaşmaq. asan deyil. Bunun üçün müəyyən vaxt lazımdır.

Uğur əldə etmək üçün yaxşı ətrafın da olmalıdır".

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti