.jpg)
Nəhayət, Yevlaxda Premyer Liqa həsrəti başa çatdı.
Birinci Liqanı üçüncü pillədə tamamlayan "Karvan" 16 ildən sonra elitaya qayıtmağı rəsmiləşdirdi.
Artıq qarşıda daha böyük missiya durur.
Yüksək dəstədə layiqli çıxış etmək.
Amma klub daxilində vəziyyət heç də ürəkaçan deyil.
Bəllidir ki, hazırkı heyətlə yola davam etmək olmaz.
Lazım olanlar saxlanılmalı, yeni transferlər üçün əməli işə başlamaq mütləqdir.
Belə bir məqamda rəhbərlik səssiz mövqe tutur.
Oyunçuların gələcək taleyi müəmma içindədir.
Baş məşqçi Kənan Kərimov futbolçulara gələcəklə bağlı heç nə deyə bilmir.
Çünki ortada hər hansı plan yoxdur.
Yola hansı büdcə ilə çıxılacaq, hədəf nə olacaq bilinmir.
Kərimov da çarəsiz durumda rəhbərliyin əlini çırmalayıb, işə başlayacağı günü gözləyir.
XANOĞLAN / SPORTİNFO.AZ