Klubun sahibi sərmayə qoydu, indi də...

30 May 19:00 Azərbaycan Futbolu 1 192
Klubun sahibi sərmayə qoydu, indi də...

"Turan Tovuz"a məxsus Kürdəxanı təlim-məşq bazası artıq Azərbaycan futbolunun xidmətindədir.

Belə ki, Belarus və Monteneqrodan olan həmyaşıdları ilə yoxlama görüşlərinə hazırlaşan gənclər millimiz məşqlərini adıçəkilənlər məkanda edir.

Təbii ki, bunun qarşılığında AFFA bölgə klubuna az məbləğ ödəmir.

"Turan Tovuz"un Kürdəxanında yerləşən məşq bazasının inşasına ötən ilin ikinci yarısı başlanıb.

Ötən ay isə açılışı olan baza klubun ixtiyarına verilib.

Elə açılış mərasimində klubun rəhbəri Ehtiram Quliyev də gələcəkdə meydançanı digər klubların istifadəsinə verə biləcəklərini qeyd etmişdi.

Görünür, proses artıq başlanıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 May 03:00 Evləndilər - VİDEO