Azərbaycanlı futbolçuların "evini yıxan" kimlərdir? - VİDEO

Azərbaycanlı futbolçuların "evini yıxan" kimlərdir? - VİDEO

“Azərbaycan futbolunun bugünkü durumunda Bədavi, Elvin, Mahir və digər futbolçuların günahı yoxdur.

İllərdir futbolumuz yanlış yönətilib.

Söhbət təkcə milli komandadan getmir, bu sahənin bünövrəsi düzgün qurulmayıb.

Baxın, “Bakı”nın təlim-məşq bazası yerlə-yeksan edilib, yerində yaşayış kompleksi salınıb.

Bu hadisədən sonra nədənsə danışmaq mənasızdır. Gənc nəsili üzə çıxaran “məbəd” söküləndən, futbolumuzun “beli qırılıb”.

Bu açıqlama ilə “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov çıxış edib.

Tanınmış jurnalist “Futbol manşet” verilişində Azərbaycan futbolunun problemlərindən danışıb, canlı yayım zamanı tamaşaçıların ünvanladıqları sualları cavablandırıb.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Mayın 29-da “QOLAT Sport Service & Football Agency” tərəfindən “Futbol Konfransı Bakı” adlı beynəlxalq futbol konfransı keçiriləcək.

Azərbaycanda ilk dəfə təşkil olunacaq konfransın əsas məqsədi ölkəmizdə futbol sahəsində çalışan insanların bir araya gələrək müasir futbol mövzularının müzakirəsində iştirak etmək, xarici və yerli mütəxəssislərlə qarşılıqlı fikir mübadiləsində aparmaq və əlaqləri genişləndirməkdir.

Futbol Forumunun əsas mövzu istiqaməti “Dəyişən Futbol Dünyası” olaraq nəzərdə tutulub.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti