"Xəzər Lənkəran"ın sabiq kapitanı yenidən peşəkar futbola qayıdır

24 May 21:00 Azərbaycan Futbolu 2 640
"Xəzər Lənkəran"ın sabiq kapitanı yenidən peşəkar futbola qayıdır

Azərbaycan millisinin sabiq üzvü Rahid Əmirquliyev karyerası ilə bağlı qərarını verib.

Təcrübəli simanı yeni mövsümdə də yaşıl meydanlarda görə biləcəyik.

O, İkinci Liqanın çempionu olmasında böyük pay sahibi olduğu "Şahdağ Qusar"a bu dəfə Birinci Liqada fayda verməyə çalışacaq.

Əslində 35 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yayında peşəkar karyerasını başa vurmuşdu.

Amma ona doğma olan "Şahdağ Qusar"dan təklif alınca yarımhəvəskar Liqada top qovmağa razılaşmışdı.

Yeni futbol mövsümdən tanınan simanı peşəkar statuslu liqada görəcəyik.

Son olaraq "Səbail"də çıxış edən Əmirquliyev daha əvvəl "Xəzər Lənkəran" və "Qarabağ"da forma geyinib. O, Azərbaycan yığmasında 60 oyunda 5 qolla yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!