İcraiyyə Komitəsi TƏCİLİ TOPLAŞIR - Hansı məsələlərə baxılacaq?

İcraiyyə Komitəsi TƏCİLİ TOPLAŞIR - Hansı məsələlərə baxılacaq?

AFFA İcraiyyə Komitəsinin (İK) bu gün bir araya gəlməsi planlaşdırılıb.

Bu barədə federasiyadan redaksiyamıza məlumat verilib.

Bildirilib ki, İK-nin toplanacağı barədə üzvlərə əvvəlcədən xəbərdarlıq olunub.

Qurumun prezidenti Rövşən Nəcəfin son anda hansısa başqa işi çıxsa, komitənin iclası mayın 24-nə ertələnəcək.

Gündəliyə gəlincə, bura bir neçə məsələ daxildir.

Əvəzedicilər Liqasının ləğvi, I Liqada legioner limitinin dəyişdirilməsi, II Liqanın iştirakçı sayı, onlara ayrılan yardım paketinin məbləğinə yenidən baxılması və digər mövzular masaya yatırılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti