
Bakı Olimpiya Stadionun ehtiyat meydanaçlarının bərpasına başlanıb.
Artıq bir neçə gündür təmir-tikinti işləri sürətləndirib.
Təxminən yaxın iki ayda meydançalar klubların ixtiyarına veriləcək.
Xatırladaq ki, Bakı Olimpiya Stadionu (BOS) ötən ilin iyul ayından öz qapılarını klubların üzünə bağlayıb.
Bu, noyabr ayında Bakıda keçirilən COP-19 beynəlxalq işlim tədbiri ilə əlaqədardır. BOS COP-19-un mənzil-qərargahı olaraq seçilib.
BOS-un ehtiyat meydançası bir çox klubun, eləcə də, aşağı yaş qrupları üzrə yığmaların sığınacağı sayılır.
"Zirə", "Araz-Naxçıvan", "Qəbələ", "Turan Tovuz" və digərləri gündəlik məşqləri əsasən burada keçirirdi.
Əbəs deyil ki, BOS-un yoxluğunda xüsusilə Premyer Liqa klubları meydança tapmaqla bağlı 1 ilə yaxındır ciddi əziyyət çəkir.
XANOĞLAN / SPORTİNFO.AZ