Azərbaycan futbolunda çevir tatı, vur tatı HAVASI

Azərbaycan futbolunda çevir tatı, vur tatı HAVASI

Azərbaycan futbolu illərdi eksperiment meydanıdır.

Hərə ağlın, ağzına gələn təklifi təcrübədən keçirmək yolunu seçir.

Deyəsən, hazırkı AFFA rəhbərliyi də xələfindən geri qalana oxşamır.

Ötən ildən federasiya rəhbərliyini Əvəzedici Liqanın ləğv edilməsi yönündə əməlli-başlı canfəşanlıq göstərir.

Və yeni mövsümdən bu arzunun gerçəkləşməsi ehtimalı yüksəkdir.

Yaranacaq boşluğu doldurmaq həvəsi isə bu qərarı da kölgədə qoyacaq.

Xəbər verdiyimiz kimi, AFFA Premyer Liqa klubları üçün yeni təkliflər paketi hazırlayıb.

Bu, onların əvəzedici komandaları ilə bağlıdır.

AFFA-nın yeni təklifi həmin komandaların I Liqaya qoşulmasını təmin etmək məqsədi daşıyır

Bu, məcburi xarakter daşımır, könüllü prosesdir. Belə deyək, hansı klublar istəyərsə, "ikincilər"ini I Liqaya buraxa bilər.

Məsələ AFFA İcraiyyə Komitəsinin (İK) növbəti toplantısında müzakirəyə çıxarılacaq.

Bəlkə, bu fikirə gələnlərin yaddaşından silinib.

Biz yenə də bir xatırlatma edək.

2018-ci ilin yayında da Əvəzedici Liqa ləğv olunmuş, buradakı komandalar Diviziona buraxılmışdı.

Bu təcrübə nə az, nə çox 5 mövsüm davam etdi.

Ancaq 5 illik eksperiment özünü doğrultmadığından AFFA geridönüş etmək qərarına gəldi.

Nəhayət, 2023/24 mövsümündən adıçəkilən liqa yenidən bərpa edildi.

İki mövsümdür yarış keçirilir. Təəssüf ki, yenidən əvvələ qayıtmaq mesajları alırıq.

Bunun adı çevir tatı, vur tatı deyil, bəs nədir?

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti