
"Şahdağ Qusar" "ASK Arena"da iradə nümayiş etdirdi.
Bütün proqnozların əksinə olaraq meydandan 1 xalla ayrılan bölgə klubu böyük ölçüdə çempionluğunu təmin etmiş oldu.
Futbolçuları meydanda, azarkeşləri tribunada, rəsmi şəxsləri meydandan kənarda öz duruşunu qorudu.
Birlik, bərabərlik, cəsarətli davranış necə olur hər kəsə göstərdilər.
Onların duruşunu "Şəfa"nın qeyri-peşəkar addımları da poza bilmədi.
Atılan həvəskar addımlara meydanda peşəkar cavab verildi.
Bir daha təsdiqləndi ki, böyük büdcə, böyük adlar futbolda çox şeydir, amma hər şey deyil.
Dəyərlər, peşəkar yanaşma hər şeyin önündə olmalıdır.
Belə olanda hətta az büdcə, keyfiyyəti aşağı olan futbolçularla da uğura çatmaq mümkündür.
Buna Allahın ədaləti də deyə bilərik.
XANOĞLAN İMANOV