"Qarşısına hədəf qoyan futbolçuya heç bir limit təsir edə bilməz"

19 May 23:00 Azərbaycan Futbolu 155
"Qarşısına hədəf qoyan futbolçuya heç bir limit təsir edə bilməz"

Azərbaycan millisinin sabiq üzvü Ruslan Poladov Sportinfo.az-a açıqlama verib.

Hazırda İkinci Liqada çıxış edən "Füzuli"nin şərəfini qoruyan 45 yaşlı müdafiəçi yeni mövsümdən Azərbaycan Premyer Liqasında legioner limitinin ləğv edilməsi qərarını şərh edib.

Təcrübəli futbolçu bu qərarın qorxulu olmadığını bildirib.

"Əslində bu barədə qəti nəsə demək çətindir. Çünki hansı səviyyədə legionerlərin gələcəyi sual altındadır. Nəzərə alaq ki, bir çox klublarımızda infrastruktur baxımından vəziyyət ürəkaçan deyil.

Məncə, bir neçə imkanlı klublar xaric digərləri üstünlüyü yerli futbolçulara verəcək. Belədə akademiyada yetişən uşaqlara daha çox ehtiyac olacaq.

Premyer Liqadan əlavə digər liqalarda da səviyyə artacaq. Düşünürəm ki, qarşısına məqsəd qoyan, çalışan futbolçuya heç bir limit təsir edə bilməz.

Düşüncə və xarakter olaraq yaxşıya doğru dəyişməyimiz vacibdir".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
19 May 15:40 21-ci dəfə çempion
19 May 03:40 Nazir XƏBƏR VERDİ