
Bakıda yeni stadion tikiləcək. Arena paytaxtın «Ağ şəhər» adlanan hissəsində inşa olunacaq.
Bu idman qurğusunun digərlərindən fərqi
minifutbol standartlarına uyğunlaşdırılmasıdır. Layihə Azərbaycan Minifutbol Federasiyasının (AMF) dəstəyi ilə reallaşdırılacaq. İşlərə yaxın aylarda start verilməsi nəzərdə tutulub.
Minifutbol üzrə Azərbaycan yığması Avropa çempionatının son qalibidir. Bu uğur AMF-nin düzgün və səmərəli fəaliyyəti nəticəsində əldə olunub.
Minifutbol ölkəmizdə yeni-yeni inkişaf etməyə başladığından, hazırda onun tələblərinə cavab verən stadionumuz yoxdur. «Ağ şəhər»də tikiləcək arena ilk olacaq.
SPORTİNFO.AZ