“Baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirmirdik” – Səmimi etiraflar

29 İyul 22:20 Müsahibə 488
“Baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirmirdik” – Səmimi etiraflar

“Araz-Naxçıvan” Konfrans Liqasına qələbə ilə başladı.

Təmsilçimiz sözügedən turnirin II təsnifat mərhələsinin ilk görüşü çərçivəsində Yunanıstan “Aris”ini 2:1 hesabı ilə məğlub etməyi bacardı.

Sportinfo.az-a müsahibə verən braziliyalı sol cinah müdafiəçisi Bruno Franko sualları cavablandırıb.

- Matçın gedişatı və sonluğu istədiyiniz kimi oldu?

- Nəticəni qənaətbəxş saymaq olar. Həqiqətən ağır oyun idi. Rəsmi görüşdə ilk dəfəydi birlikdə çıxış edirdik. Hesabda geri düşsək də, xarakter göstərərək qələbə qazandıq. Bu, bir neçə saatlıq sevincdir. Sabahdan etibarən qalibiyyəti unudub, cavab qarşılaşmasına hazırlaşacağıq. İndi daha çox çalışmağa ehtiyac var.

- Buraxılan qoldan sonra komanda sanki “yuxudan ayıldı”. Nələri dəyişdiniz?

- Baş məşqçinin tapşırıqlarına diqqətlə qulaq asıb, yerinə yetirmək mütləqdir. Görünən bu idi ki, ilk hissədə tapşırıqları düzgün şəkildə yerinə yetirmirdik. Lakin sonradan müəyyən düzəlişlər etməklə istəyimizə çatdıq.

- “Araz-Naxçıvan”ın “Aris”i bütüm komponentlərdə üstələyib layiqli qələbə qazandığını düşünürsən?

- 100 faiz belədir.

- Bu, “Araz-Naxçıvan”ın maksimumudur, yoxsa daha yaxşısını görə bilərik?

- “Araz”ın ötən mövsüm necə oynadığını görmədiyim üçün müqayisə apara bilmərəm. Bu gündən danışırıqsa, komanda olaraq əlimizdən gələnin ən yaxşısını etdik. Lakin daha edəcəyimizə inanıram. Önəmli olan xarakterdir ki, o da bizdə var.

- Rəsmi oyunda debütün idin. Öz çıxışından nə dərəcədə razı qaldın?

- Müəyyən çatışmazlıqlar var idi. Lakin ümumi planda tapşırıqları yerinə yetirməyə çalışdım. Anlaşma səviyyəsi daha da yaxşılaşandan sonra tam razı qala bilərəm. Bu suala baş məşqçimiz dəqiq cavab verə bilər (gülür).

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti