
“Sportinfo TV”nin yeni “youtube” layihəsi “Futbol manşet” verilişinin növbəti buraxılışı efirə gedib.
Tanınmış jurnalistlər Elçin Cəfərov və Ramiz Mirzəzadənin təqdimatında yayımlanan verilişdə Azərbaycan futbolunda baş verən son hadisələrə toxunulub, aktual müzakirələrdə maraqlı fikirlər səsləndirilib.
Həmçinin minifutbol üzrə milli komandamızın dünya çempionluğu haqda danışılıb, “Qarabağ”ın kubokun finalında “Sabah”a uduzmasının səbəblərindən szö açılıb. “Neftçi”nin transferlərdə son durumu haqda maraqlı müzakirələr aparılıb.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN