Ərdoğan millinin oyunları üçün Bakıya gələcək - "İlham Əliyevlə danışdım"

16 Dekabr 2019 12:58 AÇ-2020 718
Ərdoğan millinin oyunları üçün Bakıya gələcək -

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AVRO-2020-nin final mərhələsinin oyunlarını izləmək üçün Bakıya gələ bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə lideri ölkənin bir sıra aparıcı televiziya və radiolarının ortaq yayımı ilə efirə gedən “Gündem Özel” proqramına qonaq olarkən bildirib.

Ərdoğan AVRO-2020 çərçivəsində İtaliya –Türkiyə matçını izləyib-izləməyəcəyi ilə bağlı sualı cavablandırarkən qeyd edib: “Bu da qəribə işdir. İtaliya ilə başlayırıq. İtaliya öz evində oynayır. Bu, necə bir işdir? Digər iki oyunumuz Bakıda keçiriləcək. Bakıdakı matçlara gedə, Romaya getməyə bilərəm. Lakin digər iki matç Bakıda olacaq. İlham Əliyev qardaşımla da danışdım. Məni gözləyir. İnşallah ora gedər, iki matçı izləyər və qrupdan çıxarıq”.

Qeyd edək ki, iyunun 17-də Türkiyə - Uels, 21-də isə İsveçrə - Türkiyə matçı Bakı Olimpiya Stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı