"Bu qrupu çox istəyirdim, çünki orada Azərbaycan var"

1 Dekabr 2019 10:38 AÇ-2020 1 309
"Bu qrupu çox istəyirdim, çünki orada Azərbaycan var"

"İtaliya ilə oyundan sonra iki oyunumuzu Azərbaycanın paytaxtı Bakıda keçirəcəyik. Hamımızın dediyimiz kimi, biz iki dövlət bir millətik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir AVRO-2020-nin əsas mərhələsinin püşkatması ilə bağlı danışarkən deyib.

Federasiya rəhbəri Bakını başqa bir şəhər olaraq düşünmədiyini bildirib: "Oranı Türkiyənin bir şəhəri kimi hiss edirəm. Bakıda iki önəmli matçımız olacaq. Əsas hədəfimiz qrupdan çıxmaqdır.

Ondan sonra qismətimizdə nə varsa, o da olacaq. Bu qrupu çox istəyirdim, çünki orada Azərbaycan var. Azərbaycan bizim üçün qardaş ölkədir. Öz meydanımızda oynayacağıq. Tribunaların hamısını türk qardaşlarımız dolduracaq".

Türkiyə millisi AVRO-2020-nin əsas mərhələsində İtaliya, İsveçrə və Uelslə birgə A qrupunda mübarizə aparacaq. Komanda qrupdakı iki oyununu Bakı Olimpiya Stadionunda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"