Mahirin “Lester”ə vura bilmədiyi penalti və yaşadığı üzüntü - VİDEO

26 Noyabr 2021 02:30 Avropa Liqası 3 237
Mahirin “Lester”ə vura bilmədiyi penalti və yaşadığı üzüntü - VİDEO

Mahir Emrelinin çıxış etdiyi “Legiya” Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Lester”in qonağı olub.

Sportinfo.az xəbər verir ki, Polşa təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatan qarşılaşmada Mahir Emreli penaltidən fərqlənmək şansını boşa verib.

Mahirin komandası uduzdu

Belə ki, onun 26-cı dəqiqədə penaltidən vurduğu zərbəni rəqib qapıçı qaytarıb, komanda yoldaşı Filip Mladenoviç təkrar zərbə ilə "Legiya"nın yeganə qolunu vurub. Emreli isə 78-ci dəqiqədə əvəzlənib.

Beləliklə, 6 xala malik Polşa təmsilçisi sonuncu pilləyə enib. VI turda "Legiya" Rusiya "Spartak"ını evdə yenə bilsə, mübarizəni ən azı qrup üçüncüsü kimi Konfrans Liqasında davam etdirəcək.

Digər Xəbərlər
Xəbər Lenti