“Bunu Paşinyan imzalayıb, başqasına nə dəxli var?”

1 Dekabr 2020 16:10 Araşdırma 601
“Bunu Paşinyan imzalayıb, başqasına nə dəxli var?”

“Bir daha demək istəyirəm ki, biz yeni reallıq yaratdıq, qələbə çaldıq, düşmənin başını əzərək, düşməni torpaqlarımızdan qovaraq yeni reallıq yaratdıq”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib ki, hər kəs bu reallıqla barışacaq:

“Məcbur olub barışacaq, necə ki, Ermənistan barışdı. Bu Bəyanatın altında Paşinyanın imzası var. Bunu o imzalayıb, məcbur olub.

O, əslində, kapitulyasiya aktına öz imzasını qoyub. Ermənistan ya tamamilə məhv olacaqdı, ya da ki, imzalayacaqdı. Başqasının buna nə dəxli var? Hər kəs getsin öz işi ilə məşğul olsun”.

Digər Xəbərlər
Xəbər Lenti