AFFA Kamran Ağayevi nəyin üstündə millidən uzaqlaşdırıb? - ŞOK OLAYın təfərrüatı!

16:20 Araşdırma 1 968
AFFA Kamran Ağayevi nəyin üstündə millidən uzaqlaşdırıb? - ŞOK OLAYın təfərrüatı!

Kamran Ağayevin millidən uzaqlaşdırılmasından xəbərdarsız.

AFFA Ayxan Abbasovu baş məşqçi təyin etdikdən sonra onunla müqaviləyə xitam verib.

Maraqlıdır ki, Canni De Byazi və Fernandu Santuşun dönəmində əsas yığmada qapıçı məşqçisi işləyən keçmiş qolkiper aşağı yaş qruplarında da işlə təmin edilməyib.

Ağayev 2022-ci ildə millidə qapıçı məşqçisi kimi işləməyə başlamışdı. Santuş görəvə gələndən az keçmiş bu işi öz həmyerlisinə tapşırmış, onu isə köməkçisinin köməkçisi kimi burada saxlamışdı.

Federasiyanın Ağayevlə vidalaşmasının səbəbinə gəlincə, bunun arxasında müxtəlif amillər dayanır.

Qurum hesab edib ki, o, millidə çalışdığı ötən müddət ərzində öz üzərində çalışmayıb, yüksək bilik və savada yiyələnməyib.

Digər tərəfdən, Ağayevin futbolçularla davranışı onlara xoş gəlməyib.

Gənc məşqçi oyunçularla açıq münasibət saxlayıb, yeri gəldi-gəlmədi zarafatlaşıb, əlqərəz, subardinasiya qaydalarına riayət etməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti