“Messi heç bir oyunçu ilə müqayisə oluna bilməz, o, xüsusidir”

21 İyul 2022 18:20 Araşdırma 510
“Messi heç bir oyunçu ilə müqayisə oluna bilməz, o, xüsusidir”

“İnter Mayami”nin kommersiya direktoru Xavier Asensi PSJ-nin hücumçusu Lionel Messinin kluba mümkün transferindən danışıb.

Sportinfo.az xəbər verir ki, MLS klubunun rəsmisi, Messinin bütün zamanların ən yaxşı futbolçusu olduğunu deyib:

“Messi kimi oyunçularla müqavilə imzalayardıq? Bəli, bəzi şərtlərlə. Messi heç bir oyunçu ilə müqayisə oluna bilməz, o, xüsusidir.

Biz ABŞ-da futbol üçün etalon olmağı hədəfləyirik. Bunun üçün bizə ən yaxşı futbolçular lazımdır və onlara sahib olmaq bu klubun əsas məqsədidir.

Biz dünyanın ən yaxşı oyunçularına sahib olmaq istəyirik və məncə, Messi bütün zamanların ən yaxşısıdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti