Azərbaycanda daha bir mötəbər yarış keçiriləcək

4 May 2019 09:24 Ağır atletika 542
Azərbaycanda daha bir mötəbər yarış keçiriləcək

Aerobika üzrə 2020-ci il dünya çempionatı Azərbaycanda keçiriləcək.

Sportinfo.az Beynəlxalq Gimnastika Federasiyasının (FIG) rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qərar qurumun İcraiyyə Komitəsinin Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən iclasında qəbul olunub.

Yarış 14 – 16 mayda Milli Gimnastika Arenasında təşkil olunacaq. Toplantıda FIG-in rəhbər postuna seçkilərin 23-25 oktybar 2020-ci ildə Türkiyənin Antalya şəhərində keçirilməsinə qərar verilib.

Orda qurumun yeni prezidenti və vitse-prezidentləri bəlli olacaq. FIG-in hazırkı prezidenti yaponiyalı Morinari Vatanabe 2016-cı ildə bu vəzifəyə seçilib.

Daha bir yenilik bundan sonra idmançıların formalarında milli federasiyaların loqolarının əksini tapması ilə bağlıdır. Formada həmçinin ölkənin bayrağı və adı olmalıdır.

FİG-in Həmrəylik Fondu yeni proqram əsasında inkişafda olan milli federasiyaları geyim dəstləri ilə təmin edəcək. Bu il 24–26 mayda Bakıda aerobika üzrə Avropa çempionatı təşkil ediləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!