COP29

Daha bir paralimpiyaçı Dünya Kubokunda medal qazandı

29 Aprel 2019 00:00 Ağır atletika 315
Daha bir paralimpiyaçı Dünya Kubokunda medal qazandı

Azərbaycanın pauerliftinq üzrə paralimpiya yığmasının üzvü Nurlan Babacanov Macarıstanın Eger şəhərində keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 96 kiloqram çəki dərəcəsində yarışan idmançımız 195 kiloqram çəkini qaldıraraq fəxri kürsünün üçüncü pilləsinə yiyələnib.

Eyni çəki dərəcəsində ilk yeri 220 kiloqramlıq çəki ilə Birləşmiş Ərəb Əmirliklərindən olan idmançı Xələf Məhəmməd Xamis qazanıb.

İkinci yerə isə 210 kiloqram çəki ilə serbiyalı idmançı Petar Milankoviç layiq görülüb.

Bir neçə gün öncə eyni yarışda 49 kiloqram çəki dərəcəsində yarışan idmançımız Pərvin Məmmədov qızıl medala layiq görülmüşdü.

Bu qələbə ilə Nurlan Babacanov "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarında iştirak etmək şanslarını artırıb.

Yarışlar davam edir. Bu gün digər idmançılarımız Elşən Hüseynov və Şamo Aslanov yarışlarda debüt edəcəklər.

Xəbər Lenti