Azərbaycanlı Bakıdakı Dünya Kubokunda finala vəsiqə qazandı

27 Aprel 2019 00:00 Ağır atletika 501
Azərbaycanlı Bakıdakı Dünya Kubokunda finala vəsiqə qazandı

Azərbaycan gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda finala yüksəlib.

Sportinfo.az xəbər verir ki, idmançı halqa ilə hərəkətlərdə 19.800 xal toplayıb.

Ağamirova bu nəticə ilə 7-ci yeri tutaraq finala vəsiqə qazanıb. O, topla hərəkətlərdə isə 18.250 xallıq nəticə göstərib.

Fərdi proqramda çıxış edən digər Azərbaycan gimnastı Veronika Hudis topla 17.650, halqa ilə hərəkətlərdə isə 15.650 xal yığaraq təsnifat mərhələsində mübarizəni dayandırıb.

Hazırda qrup hərəkətləri üzrə təsnifat yarışları keçirilir. Qrup hərəkətləri üzrə mübarizədə isə xalça üzərinə Ayna Cəfərova, Simarə Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova çıxacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!