COP29

Bakıda Bədii Gimnastika üzrə Dünya Kubokuna start veriləcək

26 Aprel 2019 10:24 Ağır atletika 255
Bakıda Bədii Gimnastika üzrə Dünya Kubokuna start veriləcək

Bu gün Milli Gimnastika Arenasında Bədii Gimnastika üzrə Dünya Kubokuna start veriləcək.

Sportinfo.az xəbər verir ki, yarışda 39 ölkədən 200-dən çox gimnast mübarizə aparacaq.

3 gün davam edəcək turnirdə 25 qrup komandası və 70-dən çox fərdi gimnast qüvvəsini sınayacaq.

Yarışların ilk 2 günündə təsnifat mərhələləri baş tutacaq. Çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandaları final mərhələsinə adlayacaq.

Son yarış günündə isə həlledici final mərhələsinin qalibləri müəyyənləşəcək. Bununla yanaşı, ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Dünya Kubokunda Azərbaycanın 8 gimnastı iştikrak edəcək. Fərdi proqramda Zöhrə Ağamirova və Veronika Hudis mübarizə aparacaq.

Qrup hərəkətləri üzrə mübarizədə isə xalça üzərinə Ayna Cəfərova, Simarə Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova çıxacaq.

İlk gündə fərdi və qrup hərəkətləri proqramı üzrə təsnifat yarışları keçiriləcək. Dünya Kubokuna aprelin 28-də yekun vurulacaq.

Xəbər Lenti