Dünya Kubokunda iştirak edəcək azərbaycanlıların adları

20 Aprel 2019 21:00 Ağır atletika 523
Dünya Kubokunda iştirak edəcək azərbaycanlıların adları

Bədii gimnastika üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

Azərbaycan Gimnastika Federasiyasından Sportinfo.az--a verilən məlumata görə, yığmamız aprelin 26-28-də Bakıda keçiriləcək Dünya Kubokuna 7 idmançı ilə qatılacaq.

Ölkəmizi yarışın fərdi proqramında Zöhrə Ağamirova və Veronika Hudis təmsil edəcəklər.

Qrup hərəkətləri üzrə mübarizədə isə xalça üzərinə Aliyə Paşayeva, Siyana Vasilyeva, Diana Əhmədbəyli, Ayşən Bayramova və Zeynəb Hümmətova çıxacaqlar.

39 ölkədən 200-dən çox idmançının gücünü yoxlayacağı gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!