Milli Gimnastika Arenasında 2-ci AGF Junior Trophy

20 Aprel 2019 11:12 Ağır atletika 466
Milli Gimnastika Arenasında 2-ci AGF Junior Trophy

Bu gün Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turnirinə start veriləcək.

Sportinfo.az xəbər verir ki, yarışda 20 ölkənin 130-dək gənc bədii gimnastları mübarizə aparacaq.

Dünya Kubokundan (26 - 28 aprel) bir neçə gün öncə keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarında əsasən, yalnız 2004 - 2006-cı il təvəllüdlü gimnastlar çıxış edəcəklər.

İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar. İki gün davam edəcək yarışlarda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Azərbaycanı fərdi yarışda Nərminə Səmədova, Nərmin Bayramova, ötənilki Avropa çempionatının gənclər arasında bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edəcəklər.

Turnirə aprelin 21-də yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!