Valentina Matviyenko Milli Gimnastika Arenasında oldu

13 Aprel 2019 15:12 Ağır atletika 372
Valentina Matviyenko Milli Gimnastika Arenasında oldu

Bakıda rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Milli Gimnastika Arenasını ziyarət edib.

Sportinfo.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, V.Matviyenko bədii gimnastika üzrə milli komanda üzvləri ilə görüşüb.

O, başçılıq etdiyi nümayəndə heyəti ilə bərabər gimnastların çıxışlarını da izləyib. Sonda V. Matviyenko milli komandanın üzvləri ilə xatirə şəkli çəkdirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!